Kreml KTMT qüvvələrinin Qazaxıstandan vaxtından əvvəl çıxarılması fikri ilə razı deyil

Kreml KTMT qüvvələrinin Qazaxıstandan vaxtından əvvəl çıxarılması fikri ilə razı deyil
# 18 yanvar 2022 15:02 (UTC +04:00)

Kreml Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) qüvvələrinin Qazaxıstandan vaxtından əvvəl çıxarılması fikri ilə razı deyil.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Bəzi analitiklərin Qazaxıstanda problemlərin bitmədiyi və hələ də sülhməramlılara ehtiyac duyulacağı ilə bağlı fikirlərini necə şərh edərsiz sualına Kremlin sözçüsü belə cavab verib: “Heç cür. Biz bununla razı deyilik”.

Qeyd edək ki, yeni ilin ilk günlərində Qazaxıstanda qaz qiymətlərinin artımı fonunda baş verən etiraz aksiyaları sonradan iğtişaşlara çevrilib.

Nəticədə ölkə prezidenti Kasım-Jomart Tokayev iğtişaşları yatırmaq üçün KTMT ölkələrinə müraciət edib.

KTMT sülhməramlı kontingenti Qazaxıstan prezidentinin müraciətini müsbət cavablandırıb və iğtişaşların baş verdiyi bölgələrə təşkilata üzv ölkələrin hərbçilərindən ibarət kontingent göndərib.

Qısa bir müddətdən sonra KTMT qüvvələrinin Qazaxıstanı tərk etməsi haqqında qərar qəbul olunub və sülhməramlı kontingent ölkəni tərk edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR