Kreml: NATO-nun bütün hərbi infrastrukturu Rusiyaya qarşı işləyir

Kreml: NATO-nun bütün hərbi infrastrukturu Rusiyaya qarşı işləyir
# 01 fevral 2023 14:17 (UTC +04:00)

NATO-nun bütün hərbi infrastrukturu, o cümlədən kəşfiyyat daim Rusiyaya qarşı işləyir.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, məhz bu səbəbdən Moskva Şimali Atlantika Alyansının siyasətinin yaratdığı düşmən şəraitə göz yuma bilməz.

"Biz NATO-nun bütün hərbi infrastrukturunun Rusiya Federasiyasına qarşı necə işlədiyini görürük. Biz NATO-nun bütün kəşfiyyat infrastrukturunun, o cümlədən kəşfiyyat aviasiyasının, peyk qruplaşmasının Ukrayna rejiminin maraqları üçün 24/7 rejimində necə işlədiyini görürük. Təbii ki, bütün bunlar bizim üçün olduqca xüsusi, düşmənçilik şəraiti yaradır. Biz bunu gözardı edə bilmərik”, - Kremlin sözçüsü vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR