Kreml: Ölüm hökmünə moratoriumun ləğvi gündəlikdə deyil

Kreml: Ölüm hökmünə moratoriumun ləğvi gündəlikdə deyil
# 02 iyun 2022 14:33 (UTC +04:00)

Rusiyada ölüm hökmünə moratoriumun ləğvi məsələsi bu gün Kremlin gündəliyində deyil. Bununla bağlı Kremlin mövqeyi dəyişməyib.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ölüm hökmünün bərpa olunması ilə bağlı referendumun keçirilməsi təklifinə münasibət bildirərkən deyib.

“Bu məsələdə Kremlin mövqeyi heç bir şəkildə dəyişməyib. De-fakto və de-yure vəziyyət eyni olaraq qalır. Sadəcə, belə bir məsələ hazırda Kremlin gündəmində deyil. Biz bu məsələni müzakirə etmirik", - deyə Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Rusiya Liberal Demokrat Partiyasının lideri Leonid Slutski bəşəriyyətə qarşı cinayətlərdən söhbət geydiyi təqdirdə ölüm hökmünün bərpa olunması ilə bağlı referendumun keçirilə biləcəyini istisna etmədiyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR