Kreml: Polşa Ukraynanın ərazi bütövlüyünə təhlükə törədir

Kreml: Polşa Ukraynanın ərazi bütövlüyünə təhlükə törədir
# 06 may 2022 14:44 (UTC +04:00)

Polşa uzun müddətdir ki, dost deyil, son aylar isə düşmən olub, onun Ukraynanın ərazi bütövlüyünə təhlükə ola biləcəyi faktdır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Belarus prezidentinin bəyanatlarını şərh etməzdim. Son aylar Polşadan çox-çox düşmən ritorikası gəlir. Bu ritorika ənənəvi xarakter daşıyır və uzun müddətdir ki, dostluq xarakteri daşımır. Amma son aylarda düşmənçilik xarakteri alıb. Ukraynanın ərazi bütövlüyü üçün təhlükələrin Polşadan gələ biləcəyi faktı açıq-aşkardır. Xatırlayırsınızsa, bizim Xarici Kəşfiyyat Xidmətimizin rəhbərinin bu yaxınlarda verdiyi bəyanatda bu barədə danışılmışdı. Bunlar açıq-aşkar faktdır”, - Kremlin sözçüsü vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR