Kreml Putin-Ərdoğan görüşünün gündəliyini açıqlayıb

Ərdoğan, Putin

© APA | Ərdoğan, Putin

# 02 avqust 2022 14:42 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Soçidə iqtisadiyyatı, Suriyanı və Ukraynanı müzakirə edəcək.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

O, həmçinin, tərəflərin taxıl razılaşmasının reallaşması ilə bağlı müzakirə aparacaqlarını əlavə edib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 5-də Soçidə Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR