Kreml: Putin G20-də hansı formatda iştirak edəcəyi ilə bağlı qərar verməyib

Vladimir Putin

© APA | Vladimir Putin

# 07 iyul 2022 13:55 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin tarix yaxınlaşdıqca G20 Sammitində iştirak üçün ən yaxşı formatla bağlı qərar verəcək.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Bilirsiniz ki, Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün İndoneziyadadır. Çox vacib görüşlər keçirir. Rusiya bir ölkə kimi G20-nin işində iştirakını davam etdirir. Sammitin vaxtı yaxınlaşdıqca, Prezident bu tədbirdə iştirak üçün ən yaxşı formatla bağlı qərar verəcək”, - o, jurnalistlərə bildirib.

Qeyd edək ki, rəsmi Moskva Rusiya Prezidenti Vladimir Putinin İndoneziyada keçiriləcək G20 Sammitində iştirak etmək niyyəti barədə İndoneziyaya əvvəlcədən məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR