Kreml: Putin hərbi çağırış yaşının artırılması ideyasını dəstəkləyib

Kreml: Putin hərbi çağırış yaşının artırılması ideyasını dəstəkləyib
# 12 yanvar 2023 14:46 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin hərbi çağırış yaşının artırılması ideyasını dəstəkləyib.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Putin çağırış yaşının artırılması ideyasını konseptual olaraq dəstəkləyib, lakin arqumentasiyanı Müdafiə Nazirliyi təqdim etməlidir”, deyə Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi hərbi çağırış yaşının 18-dən 21-ə qaldırılmasını təklif edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR