Kreml: Putin Parisə yollanan Tokayevlə Makrona heç bir mesaj göndərməyib

Kreml: Putin Parisə yollanan Tokayevlə Makrona heç bir mesaj göndərməyib
# 29 noyabr 2022 13:26 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin Qazaxıstan Prezident Kasım-Jomart Tokayevlə Makrona heç bir mesaj göndərməyib.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Putin Moskvadan Parisə gedən Tokayevlə Makrona heç bir mesaj göndərməyib”, deyə Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Qazaxıstan lideri Tokayev ikinci dəfə dövlət başçısı seçildikdən sonra noyabrın 27-28-də Moskvaya ilk rəsmi xarici səfərini edib. Tokayev Moskvadan birbaşa Fransaya rəsmi səfərə gedib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR