Kreml: Putin vaxtı gələndə Donbasa səfər edəcək

Kreml: Putin vaxtı gələndə Donbasa səfər edəcək
# 06 sentyabr 2022 11:12 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putin vaxtı gələndə Donbasa səfər edəcək.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Prezidentin səfərinə gəlincə, mən şübhə etmirəm ki, vaxtı gələndə belə bir səfər baş tutacaq”, - deyə Putinin sözçüsü vurğulayıb .

Peskovun sözlərinə görə, dövlətin bu ərazilərin inkişafı ilə bağlı geniş planları var.

"Görürsünüz ki, tikinti gedir, yeni obyektlər istifadəyə verilir, bütün həyatı təmin edən sistemlərin bərpası üçün ciddi səylər göstərilir. Bunlar su təchizatı, elektrik təchizatı, sosial obyektlərdir. İş fəal şəkildə aparılır. Orada minlərlə insan işləyir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR