Kreml: Putinin G20-də iştirakı barədə qərar vaxtında veriləcək

Kreml: Putinin G20-də iştirakı barədə qərar vaxtında veriləcək
# 30 iyun 2022 16:13 (UTC +04:00)

Rusiyanın G20-də iştirakı məsələsi təhlil edilir, qərar vaxtında veriləcək.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Biz artıq Rusiyanın G20-yə üzv ölkə kimi dəvətinin olduğunu demişik. Bu məsələ təhlil edilir. Qərar vaxtında veriləcək", deyə Kremlin sözçüsü vurğulayıb.

Böyük Britaniyanın baş naziri Boris Consonun “G20 sammitini boykot etmək” çağırışlarına və Putinin şəxsən gəlişinə heyran qalacağı ilə bağlı dediklərinə münasibət bildirən Peskov belə bəyanatların Kremlin qərarına təsir etməyəcəyini söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR