Kreml Putinin Haaqa məhkəməsinin onun barəsində həbs qərarına necə reaksiya verdiyini açıqlayıb

Kreml Putinin Haaqa məhkəməsinin onun barəsində həbs qərarına necə reaksiya verdiyini açıqlayıb
# 20 mart 2023 13:50 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putinin həbsi üçün order verən Beynəlxalq Cinayət Məhkəməsinin (Haaqa tribunalı-red) qərarı açıq düşmənçilik təzahürüdür.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya liderinin sözçüsü Dmitri Peskov bildirib.

O, Kremlin bu məsələyə sakit yanaşdığını söyləyib.

“Biz dünyada həm ölkəmizə, həm də prezidentimizə qarşı o qədər açıq düşmənçilik təzahürlərini müşahidə edirik ki, təbii ki, bunu qeydə alırıq, lakin bu düşmənçilik təzahürlərinin hər biri ürəyimizə alsaq, yəqin ki, bundan yaxşı heç nə çıxmayacaq. Ona görə də, biz buna sakit yanaşırıq, biz hər şeyi diqqətlə qeyd edirik, işləməyə davam edirik. Ən əsası, prezident işləməyə davam edir”, - deyə Kremlin sözçüsü Putinin Beynəlxalq Cinayət Məhkəməsinin onun həbs barəsində qərarına necə reaksiya verməsi ilə bağlı sualı cavablandırarkan bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR