Kreml: Putinin hələlik Ərdoğanla telefon danışığı planı yoxdur

Putin, Ərdoğan

© APA | Putin, Ərdoğan

# 28 sentyabr 2022 16:31 (UTC +04:00)

Putinin qrafikində hələlik yaxın günlərdə Ərdoğanla telefon danışığı planı yoxdur.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Rusiya liderinin yaxın günlər üçün planında türkiyəli həmkarı ilə telefon danışığının olmadığını söyləyib.

Qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR