Kreml: Putinin Türkiyə səfərinin tarixi razılaşdırılır 

Vladimir Putin

© APA | Vladimir Putin

# 01 iyun 2022 14:58 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin tarixi diplomatik kanallar vasitəsilə razılaşdırılır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Belə bir dəvət var və tarixlər (Putinin Türkiyəyə səfəri) diplomatik kanallarla razılaşdırılacaq”, - Peskov jurnalistlərə açıqlamasında deyib.

Qeyd edək ki, Türkiyə KİV-i Putinin yaxın günlərdə səfər edəcəyi ilə bağlı məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR