Kreml Putinlə Xruşşovu müqayisə etməyi yersiz adlandırıb

Kreml Putinlə Xruşşovu müqayisə etməyi yersiz adlandırıb
# 22 noyabr 2022 14:35 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putinlə Sovet lideri Nikita Xruşşovu müqayisə etmək yersizdir.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Bu, yersiz müqayisədir. Putin Putindir, Xruşşov isə Xruşşovdur. Burada mən düşünmürəm ki, Putin heç kimlə müqayisə oluna bilməz", - Kremlin sözçüsü bəzi ekspertlərin Putini Xruşşovla müqayisə etmələrinə, həmçinin indiki böhranı Xruşşovun hakimiyyəti dövründə baş vermiş Karib böhranı ilə müqayisə etmələrinə münasibət bildirərkən deyib.

Peskov bildirib ki, hazırkı böhran və Karib böhranı fərqlidir, lakin o vaxt da, indi də ABŞ-ın rəhbərlik etdiyi kollektiv Qərblə toqquşmadan söhbət gedir: "Həqiqətən, bu element oxşardır, lakin digər tərəfdən, nüanslar təbii ki, fərqlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR