Kreml: Qazın rublla ödənilməsinə keçid qeyri-dost addımların nəticəsidir

Dmitri Peskov

© APA | Dmitri Peskov

# 27 aprel 2022 15:10 (UTC +04:00)

“Kreml Avropa Komissiyasının rəhbərinin qaz ödənişlərinin rubla keçirilməsinə görə “şantaj” ittihamlarını rədd edir, bu cür bəyanatlarla qətiyyən razılaşmır”.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Rusiya qazının rublla ödənilməsinə keçid Rusiya Federasiyasına qarşı qeyri-dost addımlar nəticəsində baş verib. Kifayət qədər böyük miqdarda valyuta-qızıl ehtiyatlarımız bizdən oğurlanıb”, – Kremlin sözçüsü vurğulayıb.

Peskov onu da bildirib ki, Rusiya qazının alıcıları üçün rublla ödənişə keçəndə faktiki olaraq heç nə dəyişmir, burada itkilərdən və qiymət dəyişikliklərindən söhbət gedə bilməz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR