Kreml: Qərb Rusiyanın Belarusda nüvə silahı yerləşdirmək planına təsir edə bilməz

Kreml: Qərb Rusiyanın Belarusda nüvə silahı yerləşdirmək planına təsir edə bilməz
# 27 mart 2023 14:33 (UTC +04:00)

Qərbin reaksiyası Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirmək planlarına təsir etmir.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

"Belə bir reaksiya, sözsüz ki, Rusiyanın planlarını dəyişə bilməz. Prezident şənbə günü verdiyi müsahibədə verdiyi açıqlamalarda hər şeyi izah etdi, buna əlavə ediləcək heç nə yoxdur", - deyə Putinin sözçüsü Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirmək planları barədə Qərbin tənqidlərini şərh edərkən bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR