Kreml Qərbin Ukraynadan buğda daşınması ilə bağlı ittihamlarını qəbul etmir

Dmitri Peskov

© APA | Dmitri Peskov

# 26 may 2022 14:17 (UTC +04:00)

Qərb Ukraynadan buğda daşınmasına maneə olan qanunsuz qərarları ləğv etməlidir.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya Ukraynadan buğda daşınmasına maneə törətməsi ilə bağlı ittihamları qəbul etmir:

“Rusiya Federasiyası Ukraynadan buğda daşınmasına maneçiliklə bağlı ünvanına səslənən ittihamları qətiyyən qəbul etmir. Qərbin qərarları blokadaya gətirib çıxarıb. Qərb Ukraynadan buğda daşınmasına maneə olan qanunsuz qərarları ləğv etməlidir”, - Kremlin sözçüsü vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR