Kreml qonşu ölkələrin NATO-nun proqramlarında iştirakını inteqrasiyadan fərqləndirməyə çağırıb

Dmitri Peskov

© APA | Dmitri Peskov

# 21 dekabr 2021 14:40 (UTC +04:00)

Rusiyaya qonşu ölkələrin NATO-nun tərəfdaşlıq proqramlarında iştirakı və hərbi alyansın infrastrukturuna inteqrasiyası fərqləndirilməlidir.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistin Rusiyanın qonşu ölkələrinin NATO proqramlarında iştirakı ilə bağlı sualını cavablandırarkən deyib.

“Tərəfdaşlıq proqramlarında iştirak və Şimali Atlantika Alyansının siyasi və hərbi infrastrukturuna inteqrasiya tamamilə fərqli məsələlərdir. Bu, konkret proqramlardan, iştirakın miqyasından və xarakterindən asılıdır, çünki onların hamısı fərqlidir. Burada hər bir fərdi proqramı müzakirə etmək lazımdır, heç bir ümumi nəticə çıxarmaq mümkün deyil, xüsusən indi, əsas müzakirələr və danışıqlar yenicə başlayır”, - Kremlin sözçüsü vurğulayıb.

O bildirib ki, Rusiya keçmiş SSRİ ərazisindəki müttəfiqləriylə NATO ilə qarşılıqlı fəaliyyət məsələlərini müzakirə etməkdə davam edir: “Keçmiş Sovet İttifaqının ərazisində yerləşən ölkələrin əksəriyyəti ilə biz KTMT və digər strukturlar çərçivəsində müttəfiqlik öhdəlikləri ilə bağlıyıq və bu çərçivədə təbii ki, bütün bu məqamlar dəfələrlə müzakirə olunub və olunur”.

Qeyd edək ki, Rusiya NATO-ya bütün mübahisələri sülh yolu ilə həll etmək və güc tətbiq etməkdən çəkinmək üçün saziş imzalamağı təklif edib. Rusiya XİN-in yayımladığı saziş layihəsində qeyd olunub: “ABŞ NATO-nun şərqə doğru daha da genişlənməsini istisna etməyi və əvvəllər SSRİ-nin tərkibində olan dövlətləri alyansa qəbul etməkdən imtina etməyi öhdəsinə götürməlidir. Birləşmiş Ştatlar Şimali Atlantika Müqaviləsi Təşkilatının şərq istiqamətində daha da genişlənməsini istisna etməyi, əvvəllər Sovet Sosialist Respublikaları İttifaqının üzvü olmuş dövlətləri alyansa qəbul etməkdən imtina etməyi öhdəsinə götürməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR