Kreml referendumdan sonra xüsusi əməliyyatın davam edib-etməyəcəyinə aydınlıq gətirib

Dmitri Peskov

© APA | Dmitri Peskov

# 28 sentyabr 2022 13:54 (UTC +04:00)

Kreml yeni ərazilərin Rusiyaya birləşdirilməsindən sonra Ukraynadakı xüsusi əməliyyatın davam edib-etməyəcəyinə aydınlıq gətirib.

APA-nın Moskva müxbirinin məlumatına görə, Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, “Donetsk Xalq Respublikası”nın bütün ərazisini azad etmək lazımdır.

Kremlin sözçüsü ərazilərin birləşdirilməsindən sonra xüsusi hərbi əməliyyatın antiterror əməliyyatına çevrilib-çevrilməyəcəyi ilə bağlı suala isə belə cavab verib: "Bundan xəbərim yoxdur. Hər halda, bu, yalnız ölkə prezidentinin, Ali Baş Komandanın qərarı ola bilər".

Peskov hazırda keçirilmiş referendumlarla bağlı Putinin xalqa müraciət etməyi planlaşdırmadığını da söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR