Kreml: Rusiya Aİ-nin viza məhdudiyyətinə analoji cavabı verməyəcək

Dmitri Peskov

© APA | Dmitri Peskov

# 15 sentyabr 2022 12:38 (UTC +04:00)

Rusiya vətəndaşları üçün Avropa İttifaqına viza almaq məsələsi olduqca çətinləşib və buna səbəb Brüsselin neqativ antiRusiya təbliğatını davam etdirməsidir.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskov onu da əlavə edib ki, belə olan halda, Avropa ölkələrinin mövcud razılaşmaların şərtlərinə əməl etməməsinə rəğmən rəsmi Moskvanın analoji cavab verməsinə ehtiyac yoxdur.

“Öz maraqlarımıza uyğun şəkildə addım atmalıyıq”, - o söyləyib.

Hacı Cavadov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR