Kreml: Rusiya gəmisinin Türkiyədə saxlanılması barədə məlumat yoxdur

Dmitri Peskov

© APA | Dmitri Peskov

# 04 iyul 2022 13:37 (UTC +04:00)

Taxıl daşıyan Rusiya gəmisinin Türkiyədə saxlanılması barədə Kremlin məlumatı yoxdur.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Təəssüf ki, Kremldə bu məlumat yoxdur. Düşünürəm ki, Nəqliyyat Nazirliyinə və ya Xarici İşlər Nazirliyinə müraciət etmək məqsədəuyğundur, çünki Türkiyə tərəfi, şübhəsiz ki, gəmi saxlanıldığı təqdirdə, əgər belə bir şey olubsa, səfirliyimizə və baş konsulluğumuza məlumat verməlidir", - Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, dünən “Reuters” Türkiyə tərəfinin Ukrayna taxılını daşıyan Rusiya gəmisini saxladığı barədə məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR