Kreml: Rusiya qalib gələcək və bütün məqsədlərinə çatacaq

Kreml: Rusiya qalib gələcək və bütün məqsədlərinə çatacaq
# 17 may 2022 12:33 (UTC +04:00)

“Rusiya qalib gələcək və bütün məqsədlərinə çatacaq”.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katib Dmitri Peskov “Bilik” Cəmiyyətinin “Yeni üfüqlər” marafonunda çıxışı zamanı çıxışı zamanı deyib.

“Biz əminik ki, hər şey yaxşı olacaq və biz qalib gələcəyimizə, bütün məqsədlərə nail olacağımıza əminik”, - Peskov vurğulayıb.

Kremlin sözçüsü Rusiya Prezidenti Vladimir Putinin ölkəni hara apardığını bildiyini vurğulayaraq, burada siyasi konsensusun və dövlət başçısına son dərəcə yüksək səviyyədə dəstəyin olduğuna diqqət çəkib: “Bütün ölkə onu dəstəkləyir. Əminəm ki, siz onu dəstəkləyirsiniz, gənclər də dəstəkləyir, ölkəmizin bütün nəsilləri onu dəstəkləyir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR