Kreml: Rusiya qlobal internetin söndürülməsinə hazırlaşıb

Dmitri Peskov

© APA | Dmitri Peskov

# 27 iyun 2022 12:58 (UTC +04:00)

Rusiyanı qlobal internetdən ayırmaq mümkün deyil, lakin bu baş versə belə, yerli internet işləyəcək.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O əlavə edib ki, Rusiya özü interneti söndürmək fikrində deyil: “Əgər internet kənardan söndürülsə, o zaman yerli resurslar işləyəcək və biz qlobal internetə birləşdiricilərin inşasını başa çatdıracağıq”, - Kremlin sözçüsü vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR