Kreml: Rusiya Ukraynadan təkliflərinə cavab gözləyir

Kreml: Rusiya Ukraynadan təkliflərinə cavab gözləyir
# 21 aprel 2022 14:52 (UTC +04:00)

Rusiya Ukraynadan danışıqlar prosesi çərçivəsində təkliflərinə cavab gözləyir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bizim ən son versiyadakı təkliflərimiz rəqiblərimizə, Ukrayna danışıqlar heyətinə verildi. Cavab gözləyəcəyik. Baxmayaraq ki, Prezident Zelenskinin heç bir mətni almadığı və görmədiyi barədə bəyanatını eşitmişik. Bu da müəyyən suallar doğurur: niyə prezident Zelenskiyə bizim təkliflərimiz barədə məlumat verilmir”, – Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Rusiya tərəfi təkliflərlə bağlı sənəd layihəsini aprelin 15-də Ukrayna tərəfinə təhvil verdiyini açıqlayıb. Ukrayna Prezidenti Zelenski isə Rusiyanın təklifini hələ görmədiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR