Kreml: Rusiyada daxili siyasi vəziyyət sabitdir

Kreml: Rusiyada daxili siyasi vəziyyət sabitdir
# 11 may 2022 15:14 (UTC +04:00)

Rusiya Federasiyasında daxili siyasi vəziyyət sabitdir.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Qərbin Rusiyada dövlət çevrilişi planlarının olması ilə bağı yayılan bəyanatları şərh edərkən bildirib.

Peskov bu cür bəyanatların nəyə əsaslandığını bilmədiyini söyləyib.

Kremlin sözçüsü vurğulayıb ki, ölkədə daxili siyasi vəziyyət sabitdir: “Təəssüf ki, mən belə qənaətlərin nəyə əsaslandığını bilmirəm, ona görə də sizə heç nə deyə bilmərəm".

Qeyd edək ki, Putinin keçmiş müşaviri Sergey Qlazyev Qərbin Rusiyada dövlət çevrilişi hazırladığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR