Kreml: Rusiyada səfərbərlikdən söhbət getmir

Kreml: Rusiyada səfərbərlikdən söhbət getmir
# 13 sentyabr 2022 14:30 (UTC +04:00)

Hazırda Rusiyada səfərbərlikdən söhbət getmir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərin Rusiyada tam səfərbərlik elan edilməsi variantı barədə sualına cavabında bildirib.

Peskov Ukraynadakı xüsusi hərbi əməliyyatla bağlı Rusiya Müdafiə Nazirliyinin ünvanına tənqidlərə də münasibət bildirib.

“İnsanlar həqiqətən də dövlət başçısının qəbul etdiyi qərarlar ətrafında cəmləşirlər. O ki qaldı digər nöqteyi-nəzərə, tənqidi mövqeli bəyanatlara, nə qədər ki, bu mövcud qanunvericilik çərçivəsində qalır, o zaman bu, plüralizmdir. Ancaq bunlar arasında xətt çox nazikdir. Burada çox, çox diqqətli olmaq lazımdır”, deyə Rusiya liderinin mətbuat katibi vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR