Kreml Rusiyanın Ukrayna yaxınlığında nüvə sınaqları keçirməsi iddialarına cavab verib

Kreml Rusiyanın Ukrayna yaxınlığında nüvə sınaqları keçirməsi iddialarına cavab verib
# 04 oktyabr 2022 15:14 (UTC +04:00)

Qərb mediası və siyasətçiləri hazırkı dövrdə nüvə silahı haqda çıxışlarla öz aralarında yarışır, lakin Rusiya bu baş verənlərdə iştirak etmək istəmir.

APA “mk.ru”-ya istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov Rusiyanın Ukrayna yaxınlığında nüvə sınağı keçirəcəyi ilə bağlı iddialara münasibət bildirərkən deyib.

O, bir sıra Qərb KİV-i, siyasətçiləri və ölkə başçılarının nüvə ritorikası ilə çıxış etdiyini, lakin Moskvanın baş verənlərdə iştirak etmək istəmədiyini əlavə edib.

Xatırladaq ki, “The Times” qəzeti NATO-nun öz alyans tərəfdaşlarına xəbərdarlığını əks etdirən material dərc etmişdi. Materialda Rusiyanın Ukrayna ilə sərhəddə, Qara dənizdə nüvə sınaqları həyata keçirməyi qərara aldığı iddia olunur. Bununla, Kremlin kütləvi qırğın silahı tətbiq etməyə hazır olduğunu nümayiş etdirmək istədiyi qeyd edilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR