Kreml səfərbərliyə 1 milyon insanın cəlb olunacağı xəbərini təkzib edib

Dmitri Peskov

© APA | Dmitri Peskov

# 22 sentyabr 2022 17:15 (UTC +04:00)

Kremlin mətbuat katibi Dmitri Peskov Rusiyada 1 milyon insanın qismən səfərbərlik çərçivəsində hərbi xidmətə çağırılacağını təkzib edib.

APA TASS-a istinadən xəbər verir ki, o, bu barədə yayılan xəbərləri yalan adlandırıb.

“Novaya qazeta. Avropa” qəzeti səfərbərlik haqqında qərarın qapalı 7-ci bəndində Rusiyadan 1 milyon insanın hərbi xidmətə çağırılacağını iddia edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR