Kreml “Şimal axını”ndakı insidentləri terror aktı adlandırıb

Dmitri Peskov

© APA | Dmitri Peskov

# 29 sentyabr 2022 14:15 (UTC +04:00)

Kreml “Şimal axını” qaz boru kəmərlərində baş verən insidentləri terror aktı adlandırıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov bunun arxasında hər hansı dövlətin ola biləcəyini istisna etməyib.

“Dağılmanın miqyası göstərir ki, bu, həqiqətən də bir növ terror aktıdır və əlbəttə ki, bu cür terror aksiyasının hansısa dövlətin iştirakı olmadan baş verə biləcəyini təsəvvür etmək çox çətindir”, - Kremlin sözçüsü vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR