Kreml Tatarıstan prezidentinin rəis adlandırılması təklifinə münasibət bildirib

Kreml Tatarıstan prezidentinin rəis adlandırılması təklifinə münasibət bildirib
# 27 dekabr 2022 17:32 (UTC +04:00)

Kremlin mətbuat katibi Dmitri Peskov Tatarıstan prezidenti vəzifəsinin adının dəyişdirilərək rəis adlandırılmasına münasibət bildirib.

APA-nın Moskva müxbirinin məlumatına görə, Kremlin sözçüsü Tatarıstanın Prezidenti vəzifəsinin rəis adlandırılmasının qanunverici orqanın qərarı olduğunu söyləyib. O bildirib ki, bu qərara hörmətlə yanaşmaq olar.

Qeyd edək ki, Tatarıstan parlamentinin iclasında dövlət quruculuğu və yerli özünüidarəetmə komitəsinin sədri Albert Xabibullin Tatarıstanın Prezidenti postunun adının dəyişdirilərək rəis adlandırılmasını təklif edib.

Xatırladaq ki, Tatarıstan Respublikasının birinci şəxsinin vəzifəsi hələ də Prezident adlanır. Rusiya Federasiyasının digər muxtar respublikalarının birinci şəxsinin vəzifəsi isə artıq uzun müddətdir ki, başçı adlanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR