Kreml “Taxıl sazişi”nin bərpasında Ərdoğanın rolunu yüksək qiymətləndirir

Kreml “Taxıl sazişi”nin bərpasında Ərdoğanın rolunu yüksək qiymətləndirir
# 03 noyabr 2022 14:50 (UTC +04:00)

“Taxıl sazişi”nin müddətinin uzadılmasından öncə, Rusiya müqavilənin yerinə yetirilməsinin effektivliyini qiymətləndirməlidir.

APA TASS-a istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə müsahibəsində deyib.

Peskov müqavilənin müddətinin uzadılması qərarının hələ verilmədiyini vurğulayıb: “Rusiyanın sazişdə iştirakının bərpası müddətin uzadılması deyil, bu mövzu rəsmi şəkildə müzakirə olunmalıdır. Bu ayın 19-u müqavilənin müddəti bitir və təbii ki, müqavilənin uzadılması üçün onun həyata keçirilməsinin effektivliyini qiymətləndirmək, razılaşmaların bütün tərəflərinin hansı şəkildə icra olunduğuna baxmaq lazım olacaq və bundan sonra hər hansı qərar qəbul etmək mümkün olacaq”.

O həmçinin Rusiyanın sazişdə iştirakının bərpası məsələsində əsas etimad faktoru olaraq Türkiyənin iştirakını qeyd edib: “Rəsmi Ankaranın, Türkiyə diplomatlarının, hərbçilərinin və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğanın tərəfindən görülən işlər yüksək qiymətə layiqdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR