Kreml Ukraynanın Soledar şəhərinin ələ keçirilməsi barədə məlumata münasibət bildirib

Kreml Ukraynanın Soledar şəhərinin ələ keçirilməsi barədə məlumata münasibət bildirib
# 11 yanvar 2023 13:19 (UTC +04:00)

Soledara nəzarətin ələ keçirilməsi barədə rəsmi açıqlamanı gözləmək lazımdır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Xüsusi əməliyyatın aparılmasında müsbət tendensiya var, lakin Soledarın azad olunması ilə bağlı rəsmi açıqlamaları gözləmək lazımdı”, - Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, dünən gecə saatlarında Rusiya qoşunlarının Ukraynanın Donetsk vilayətinin Soledar şəhərini ələ keçirməsi barədə məlumat yayılıb. Məlumatda "Vaqner" özəl hərbi şirkətinin şəhərə tam nəzarət etdiyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR