Kreml xarici ölkələrin liderlərini Qələbə paradına dəvət etməyib

Dmitri Peskov

© APA | Dmitri Peskov

# 29 aprel 2022 15:33 (UTC +04:00)

Kreml xarici ölkələrin liderlərini Moskvada keçiriləcək 9 may Qələbə paradına dəvət etməyib.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Biz Qələbə Gününə heç bir xarici lider dəvət etməmişik. Məsələ ondadır ki, bu, yubiley tarixi deyil. Bu, bizim bayramımızdır, bu, bütün Rusiya üçün, bütün ruslar üçün müqəddəs bayramdır. Lakin xarici liderləri dəvət etməmişik ", - Kreml sözçüsü vurğulayıb..

Peskov Belarus prezidenti Aleksandr Lukaşenkonun mayın 9-da səfərinin də planlaşdırılmadığını açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR