Kreml Xerson vilayətinin Rusiyaya birləşdirilməsi ehtimalına münasibət bildirib

Kreml Xerson vilayətinin Rusiyaya birləşdirilməsi ehtimalına münasibət bildirib
# 11 may 2022 14:50 (UTC +04:00)

Xerson vilayətinin Rusiya Federasiyasının tərkibinə daxil edilməsi imkanının dəqiq hüquqi əsası olmalıdır.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O əlavə edib ki, Xerson vilayətinin sakinləri regionun Rusiya Federasiyasına daxil olması üçün müraciət edib-etməmək barədə özləri qərar verməlidirlər.

Qeyd edək ki, Ukraynanın Xerson vilayətinin hərbi-mülki administrasiyası rəhbərinin müavini Kirill Stremousov regionun Rusiya Federasiyasının tərkibinə qəbul edilməsi xahişi ilə Rusiya prezidenti Vladimir Putinə müraciət etmək niyyətində olduğunu açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR