KTMT Baş katibi Qırğızıstana səfər edəcək

İmanqali Tasmaqambetov

© APA | İmanqali Tasmaqambetov

# 09 mart 2023 10:52 (UTC +04:00)

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi İmanqali Tasmaqambetov 9-10 mart tarixlərində Qırğızıstana səfər edəcək.

APA xəbər verir ki, bu barədə KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov TASS-a bildirib.

Tasmaqambetov Qırğızıstan Prezident Sadır Japarovla da görüşəcək.

Bildirilib ki, səfər zamanı Qırğızıstan xarici işlər naziri Jeenbek Kulubayev, ölkənin Təhlükəsizlik Şurasının katibi Marat İmankulov, həmçinin müdafiə naziri general-leytenant Baktıbek Bekbolotov və Qırğızıstan rəhbərliyi ilə görüşlər nəzərdə tutulub.

Qeyd edək ki, bu, Tasmaqambetovun KTMT Baş katibi kimi Qırğızıstana ilk səfəridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR