KTMT kontingentinin Qazaxıstandan çıxarılması barədə qərar imzalanıb

KTMT kontingentinin Qazaxıstandan çıxarılması barədə qərar imzalanıb
# 13 yanvar 2022 17:04 (UTC +04:00)

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı kontingentinin Qazaxıstandan çıxarılması barədə qərar qəbul olunub.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə KTMT-ya üzv ölkələrin Müdafiə Nazirlərinin Şurasının növbədənkənar iclasında birgə qərar imzalanıb.

Qərarı Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan müdafiə nazirləri imzalayıb.

Kontingentin çıxarılması prosesinin sabah başlayacağı və yanvarın 19-da Qazaxıstandan tam çıxarılacağı vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR