KTMT liderlərinin iclasının gündəliyi açıqlanıb

KTMT liderlərinin iclasının gündəliyi açıqlanıb
# 16 may 2022 13:23 (UTC +04:00)

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) liderləri Moskvada çoxtərəfli sənəd imzalayacaq.

APA-nın Moskva müxbiri xəbər verir ki, KTMT liderlərinin bu gün keçiriləcək iclasında həmçinin təşkilatın Kollektiv Təhlükəsizlik Şurasının bəyanatı yayımlanacaq.

İclasda liderlərin bioloji təhlükəsizlik məsələlərinə ayrıca diqqət ayıracağı, hərbi əməkdaşlığın dərinləşdirilməsi və Əfqanıstan ərazisi daxil olmaqla, yeni çağırışlara qarşı birgə fəaliyyət məsələlərini müzakirə olunacağı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR