KTMT liderlərinin sammiti keçirilir

KTMT liderlərinin sammiti keçirilir
# 16 may 2022 15:23 (UTC +04:00)

Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin liderlərinin sammiti keçirilir.

APA-nın Moskva müxbiri xəbər verir ki, Kremldə keçirilən sammit açılış nitqi ilə çıxış edən Rusiya Prezidenti Vladimir Putin budəfəki sammitin yubiley sammiti olduğunu, 1992-ci ilin mayın 15-də Kollektiv Təhlükəsizlik müqaviləsinin imzalandığını xatırladıb.

Daha sonra söz KTMT-yə sədrlik edən Ermənistanın Baş naziri Nikol Paşinyana verilib.

Qeyd edək ki, KTMT liderlərinin sammitin yekununda çoxtərəfli sənəd, həmçinin təşkilatın Kollektiv Təhlükəsizlik Şurasının bəyanatını imzalayacaqları bildirilib. İclasda bioloji təhlükəsizlik məsələlərinə ayrıca diqqət ayrılacaq, hərbi əməkdaşlığın dərinləşdirilməsi və Əfqanıstan ərazisi daxil olmaqla yeni çağırışlara qarşı birgə fəaliyyət məsələlərini müzakirə edəcəkləri planlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR