KTMT Müdafiə Nazirləri Şurasının iclası 25 mayda Minskdə keçiriləcək

KTMT Müdafiə Nazirləri Şurasının iclası 25 mayda Minskdə keçiriləcək
# 23 may 2023 16:52 (UTC +04:00)

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının iclası 25 mayda Belarusun paytaxtı Minskdə keçiriləcək.

APA xəbər verir ki, bu barədə Təşkilatın rəsmi internet səhifəsində məlumat dərc edilib.

İclasa Belarusun müdafiə naziri Viktor Xrenin sədrlik edəcək.

Məlumata əsasən, iclasda KTMT Baş katibi İmanqali Tasmaqambetov və KTMT-nin Birləşmiş Qərargahının rəisi Anatoli Sidorov iştirak edəcək.

Nazirlərin görüşü zamanı KTMT-nin kollektiv təhlükəsizlik sisteminin qüvvə və vasitələrinin komanda-nəzarət orqanlarının və birləşmələrinin birgə hazırlığı, hərbi-texniki əməkdaşlıqla bağlı sənədlərə baxılması planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR