KTMT-nin Ermənistanda keçiriləcək iclasının vaxtı açıqlanıb

KTMT-nin Ermənistanda keçiriləcək iclasının vaxtı açıqlanıb
# 01 noyabr 2022 14:41 (UTC +04:00)

İrəvanda keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının iclasının vaxtı bəlli olub.

APA xəbər verir ki, bu barədə KTMT-nin "Telegram" hesabında məlumat verilib.

“Belarus Prezidenti KTMT-nin Baş katibi ilə görüşüb. Tərəflər təşkilatın məsuliyyət zonasındakı vəziyyəti, həmçinin KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının oktyabrın 28-də keçirilmiş fövqəladə sessiyasının nəticələrini müzakirə ediblər. KTMT-nin Baş katibi Stanislav Zas Prezident Aleksandr Lukaşenkoya KTMT Kollektiv Təhlükəsizlik Şurasının noyabrın 23-də İrəvanda keçirilməsi planlaşdırılan növbəti sessiyasına hazırlıq barədə məlumat verib”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, daha əvvəl sessiyanın noyabrın sonunda keçiriləcəyi, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin müzakirə olunacağı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR