KTMT Qazaxıstana sülhməramlı missiya göndərib

KTMT Qazaxıstana sülhməramlı missiya göndərib
# 06 yanvar 2022 11:21 (UTC +04:00)

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Qazaxıstana sülhməramlı missiya göndərib.

APA-nın RİA “Novosti”yə istinadən xəbərinə görə, bu barədə KTMT Baş Katibliyi məlumat yayıb.

Baş Katiblik bildirib ki, göndərilən kontingentin bölmələri artıq Qazaxıstanda öz xidməti vəzifələrini yerinə yetirməyə başlayıb.

“Sülhməramlı kontingentin Rusiyadan olan təmsilçiləri Rusiya Aerokosmik Qüvvələrinin hərbi nəqliyyat təyyarələri ilə Qazaxıstan Respublikası ərazisinə gətirilib. Missiyanın tərkibindəki bölmələr artıq qarşıya qoyulmuş vəzifələri yerinə yetirməyə başlayıb”, - məlumatda qeyd olunub.

Məlumatda o da qeyd olunub ki, KTMT-nin sülhməramlı qüvvələrinin əsas vəzifəsi vacib dövlət və hərbi obyektlərin mühafizəsi, Qazaxıstan Respublikasının asayiş keşikçilərinə vəziyyətin stabilləşməsi və hadisələrin hüquqi müstəviyə qayıtmasında yardım etmək olacaq.

KTMT sülhməramlı qüvvələrinin tərkibinə Rusiya, Belarus, Qırğızıstan, Tacikistan və Ermənistan silahlı qüvvələrinin bölmələri daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR