KTMT qüvvələrinin nə vaxta qədər Qazaxıstanda qalacağı açıqlanıb

KTMT qüvvələrinin nə vaxta qədər Qazaxıstanda qalacağı açıqlanıb
# 09 yanvar 2022 18:50 (UTC +04:00)

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qoşunları vəziyyət tam sabitləşənə qədər Qazaxıstanda qalacaq”.

APA-nın Moskva müxbirinin yerli KİV-ə istinadən verdiyi məlumata görə, bunu Qazaxıstanda KTMT hərbi kontingentinə rəhbərlik edən Rusiya Hava Desant Qüvvələrinin komandanı, general-polkovnik Andrey Serdyukov bildirib.

Onun sözlərinə görə, Kollektiv sülhməramlı qüvvələrin bölmələri tərəfindən tapşırıqların yerinə yetirilməsi ölkədə vəziyyət tam sabitləşənə qədər davam edəcək.

Qeyd edək ki, Qazaxıstan prezidenti Kasım Jomart Tokayev sosial etirazlar fonunda ölkədə baş verən iğtişaşları yatırmaq məqsədi ilə KTMT qüvvələrini ölkəyə dəvət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR