KTMT təlimlərin ləğvi ilə bağlı İrəvandan bildiriş almayıb

KTMT təlimlərin ləğvi ilə bağlı İrəvandan bildiriş almayıb
# 11 yanvar 2023 13:53 (UTC +04:00)

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) "Sarsılmaz Qardaşlıq-2023” təlimlərinin Ermənistanda keçirilməsinin ləğvi ilə bağlı rəsmi İrəvandan bildiriş almayıb.

APA xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, rəsmi İrəvan daha öncə təlimlərin Ermənistanda keçirilməsinin zəruriliyini təsdiqləyib.

Xatırladaq ki, ötən gün Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransında ölkəsinin KTMT təlimlərinə ev sahibliyi etməyəcəyini bəyan edib. O qeyd edib ki, Ermənistan hazırkı vəziyyətdə KTMT təlimlərinin keçirilməsini yersiz hesab edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR