Latviyanın sabiq Prezidenti: “Biz artıq yeni dünya nizamındayıq”

Latviyanın sabiq Prezidenti: “Biz artıq yeni dünya nizamındayıq”
# 16 iyun 2022 11:00 (UTC +04:00)

Biz Rusiya-Ukrayna müharibəsi fonunda yenidən böyük imperiya yaradılması cəhdini görürük. Biz Avrasiyada yeni səhifənin açılmasının şahidiyik.

APA-nın xəbərinə görə, bunu bu gün “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun açılış mərasimində Latviya Respublikasının sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa bildirib.

Vayra Vike-Freyberqa deyib ki, bu, artıq təhlükəsizlik məsələsidir: “Biz artıq yeni dünya nizamındayıq. Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün tək vasitəçilərlə iş yekunlaşmamalı, iki ölkənin vətəndaş cəmiyyətlərini də bir araya gəlməsinə nail olmalıyıq. Münaqişə ailələrə belə təsir göstərir”.

Vayra Vike-Freyberqa Azərbaycan Prezidenti İlham Əliyevə Forumun təşkilinə və demokratik açıq müzakirələr şəklində keçirilməsinə verdiyi dəstəyə görə təşəkkür edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR