Lavrov ABŞ və Böyük Britaniyanın Zelenskiyə hansı məsləhətləri verdiyini açıqlayıb - VİDEO

Lavrov ABŞ və Böyük Britaniyanın Zelenskiyə hansı məsləhətləri verdiyini açıqlayıb - VİDEO
# 26 aprel 2022 00:31 (UTC +04:00)

ABŞ və Böyük Britaniya sülh danışıqlarını uzatmaq üçün Ukraynaya təzyiq edir.

APA xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Birinci Kanalın efirində deyib.

“Nə ABŞ, nə də Böyük Britaniya Zelenskiyə danışıqları sürətləndirməyi məsləhət görmürlər. Onlar mövqelərini sərtləşdirməyi tövsiyə edirlər", - deyə Lavrov bildirib.

Nazirin sözlərinə görə, Ukrayna İstanbul danışıqlarında təklif olunanları imzalamaqdan imtina edib.

Onun sözlərinə görə, bu, danışıqlar prosesində ən böyük geriyə addımdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR