Lavrov Almaniya müdafiə nazirinin Putinlə bağlı sözlərinə münasibət bildirilib

Lavrov Almaniya müdafiə nazirinin Putinlə bağlı sözlərinə münasibət bildirilib
# 09 fevral 2023 16:54 (UTC +04:00)

Rusiya xarici işlər naziri Sergey Lavrov Almaniya müdafiə naziri Boris Pistoriusun “Vladimir Putinsiz dünyanın daha yaxşı olacağı”na dair sözlərini şərh edib.

APA-nın Moskva müxbirinin məlumatına görə, Rusiya XİN başçısı almaniyalı naziri avropalı həmkarlarını öyrənməyi məsləhət görüb.

"Alman siyasətçilərindən çoxlu kobud ifadələr eşitmişik. Amma hansı dünyanın daha yaxşı olacağına və dünyanın kimdən qurtulacağına gəlincə, mənə elə gəlir ki, onlar ətrafındakıları, Avropa İttifaqından olan həmkarlarını öyrənmək prosesindən başlamalıdırlar və əslində Almaniyanın daxili siyasətinə baxmalıdırlar”, - deyə rusiyalı nazir Sudanın xarici işlər naziri Əli əl-Sadiq Əli ilə birgə mətbuat konfransında vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR