Lavrov Almaniya və Fransanı Minsk razılaşmalarını “öldürməkdə” ittiham edib

Sergey Lavrov

© APA | Sergey Lavrov

# 18 iyul 2022 10:47 (UTC +04:00)

Minsk razılaşmalarının iflasa uğramasından sonra Almaniya Kansleri Olaf Şoltsun Rusiyadan Ukraynanın ərazi bütövlüyü və suverenliyinin təminatlarına dair yeni saziş tələb etməsi boşuna cəhddir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “İzvestiya” qəzeti üçün dərc olunmuş məqaləsində deyilir.

Rusiya XİN başçısının sözlərinə görə, Berlin və Paris Minsk razılaşmalarını yerinə yetirməkdən açıq şəkildə imtina edən Kiyevin arxasında duraraq həmin razılaşmaları öldürüblər: “Tamaşa sona çatdı, komediya bitdi”.

Lavrov vurğulayıb ki, Minsk razılaşmaları Ukraynanın keçmiş lideri Petro Poroşenkonun bu yaxınlarda açıq şəkildə bəyan etdiyi kimi, Qərb tərəfindən hazırlanan növbəti tamaşadır: “Eks-prezidentin fikrincə, Kiyev bu razılaşmaları yerinə yetirmək fikrində deyildi, bu, Ukrayna tərəfinə “vaxt udmaq” və “Ukrayna Silahlı Qüvvələrinin gücünü artırmaq” üçün lazım idi. Bu tamaşanın qiymətini hələ də uzun illər Qərbin rusofob neonasist rejiminin boyunduruğu altında həyatla barışmağa məcbur etdiyi Ukrayna xalqı ödəyir", - Rusiya XİN başçısı vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR