Lavrov BMT Baş katibini tənqid edib

Feysəl bin Fərhan Al Səud - Sergey Lavrov

© APA | Feysəl bin Fərhan Al Səud - Sergey Lavrov

# 09 mart 2023 15:43 (UTC +04:00)

“Şimal axını” kəmərlərinə qarşı edilən terror hücumlarının günahkarları məsuliyyətdən yayınmamalıdır.

APA xəbər verir ki, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Feysəl bin Fərhan Al Səudla Moskvadakı görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

Nazir Qərb mediasının “Şimal axını”nda baş vermiş partlayışlara görə günahı bir sıra ukraynalı oliqarxların üzərinə yıxmaq cəhdlərini biabırçılıq adlandırıb.

“BMT Baş katibi və onun tabeliyində olanlar “Şimal axını” ətrafında yaranmış situasiya ilə bağlı reaksiya verməmək üçün əllərindən gələni edirlər” – Rusiya XİN rəhbəri əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR