Lavrov Boris Consonun istefasına münasibət bildirib

Sergey Lavrov

© APA | Sergey Lavrov

# 08 iyul 2022 11:40 (UTC +04:00)

Britaniyalı siyasətçi karyerası naminə hakimiyyətdə qalıb, Rusiyanın təcrid olunmasına töhfə verib. Yekunda partiya onu təcrid edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Böyük Britaniya Baş naziri Boris Consonun istefası barədə deyib.

“O getdi... Görürsünüz, hamı deyirdi ki, Rusiya təcrid olunmalıdır. Hələ ki onun öz partiyası Boris Consonu təcrid edib”, - Lavrov G20 ölkələrinin xarici işlər nazirlərinin görüşündən sonra jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Conson bütün fəaliyyəti ilə ilk növbədə xarici təsirlərin arxasınca getdiyini sübut edib: “O, siyasi karyerasını hər cür yüksəltmək üçün hakimiyyətdən yapışmışdı”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR