Lavrov CAR-a gedib

Sergey Lavrov

© APA | Sergey Lavrov

# 23 yanvar 2023 09:46 (UTC +04:00)

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Cənubi Afrika Respublikasına (CAR) işgüzar səfərə gedib.

APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Nazirin cənubi afrikalı həmkarı Naledi Pandorla ölkə paytaxtı Pretoriyada görüşü gözlənilir.

Həmçinin əlavə olunub ki, danışıqlar zamanı müzakirəsi ən çox ehtimal olunan mövzular arasında bu ilin 26-29 iyul tarixlərində Sankt-Peterburqda keçiriləcək ikinci sammit və Rusiya-Afrika iqtisadi forumuna hazırlıq olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR